Zümrüd Yağmur axtarışa verildi
Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində axtarış elan edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, yazarın bacısı Sürəyya Ağayeva onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin onun ölkəni tərk etdiyi məlum olub.
S.Ağayeva Zümrüd Yağmurun Ankarada olduğunu iddia edib.
Qeyd edək ki, Zümrüd Yağmurun qızının şikayətindən sonra xalası oğlu Əsgər Ağazadə zorlama ittihamı ilə həbs edilib və 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sürəyya Ağayeva bacısının internet resurslarında onun şərəf və ləyaqətini alçaltdığını bildirib.
Oxşar xəbərlər
Bakı metrosunda qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib
Bakı metrosunun "Gənclik" stansiyasında qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib. BAKU.WS "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir...