Yola bitum dağıldı, 6 maşın sürüşüb toqquşdu - FOTO

Yola bitum dağıldı, 6 maşın sürüşüb toqquşdu - FOTO
Hadisə 194

Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Kənar Dairəvi yoldan Biləcəriyə düşən enişli yolda bitumdaşıyan yük maşınında sızma baş verib. Nəticədə yolun hərəkət hissəsinə sürüşkən neft məhsulu olan bitum tökülüb. Enişli yolla hərəkətdə olan avtomobillər oradan keçərkən qəzaya düşüb.

Hadisə zamanı ümumilikdə 6 maşına və bir iritutumlu avtobusa ziyan dəyib.

Əraziyə hərəkəti tənzimləmək üçün DYP əməkdaşları cəlb edilib.

Oxşar xəbərlər

Bakıda ağır qəzaya düşən müğənninin DƏHŞƏTLİ KADRLARI YAYILDI

Bakıda ağır qəzaya düşən müğənninin DƏHŞƏTLİ KADRLARI YAYILDI

Müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb. BAKU.WS titul.az-a istinadən xəbər verir ki, çənə və üzündə bir çox sümüklər qırılıb. Talehin...

116 Hadisə 10:04 20 sentyabr 2024

Son xəbərlər