Xaçmazda iki qadın göbələkdən zəhərlənib, biri ölüb
29
okt
2024
09:37
Xaçmazda iki qadın göbələkdən zəhərlənib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər.
Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
Quba rayonunda 1989-cu il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Hicrana (adlar şərti göstərilib - red.) xəsarət yetirib....