Təyyarə qəzasında həlak olan Zaqatala sakinləri dəfn edilib
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Zaqatala rayon sakinləri dəfn edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Carayev Arif Əsəbəli oğlu, 1990-cı il təvəllüdlü Carayev Hacıibrahim Süleyman oğlu və 1981-ci il təvəllüdlü Ceerov Xizri İsa oğlu, rayonun Höytala kənd sakini 1966-cı il təvəllüdlü İgidova Nərminə Salah qızı və Maqov kənd sakini 1996-cı il təvəllüdlü Kostiyev İbrahimxəlil Makkaşərif oğlu Danaçı, Höytala və Maqov kənd qəbiristanlıqlarında dəfn olunublar.
Dəfn mərasimlərində onların doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Rəqqasə Fatimə Fətəliyeva dələduzluqla üzləşdi
Rəqqasə Fatimə Fətəliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rəqqasə son zamanlar sosial şəbəkələrdə özünün və...