Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Baş nazirinin müavini vəzifəsindən azad olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun VII çağırış muxtar respublika Ali Məclisinə deputat seçilməsi Naxçıvan MR Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.
Oxşar xəbərlər
Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
Quba rayonunda 1989-cu il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Hicrana (adlar şərti göstərilib - red.) xəsarət yetirib....