Metroda səs-küy salan şəxs həbs edildi
Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, metronun "İnşaatçılar" stansiyasında vaqonda olarkən qışqıraraq insanları narahat edən şəxs saxlanılıb.
Vaqondan düşürülən şəxs ərazi üzrə polis şöbəsinə aparılıb. Onun Tərtərin Kəbirli kənd sakini, Bakının Xəzər rayonunda yaşayan 1985-ci il təvəllüdlü T.Yusifov (şərti) olması müəyyən edilib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxs Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə T.Yusifova 30 sutka inzibati həbs cəzası verilib.
Oxşar xəbərlər
Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı
Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən ögey atanın məhkəməsi başlayıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkə...