Suriya Rusiya, İsrail və İrandan məhsul idxalını qadağan edib
Suriya Rusiya, İran və İsraildən məhsul idxalını qadağan edib.
"Report" xəbər verir ki, bu barədə "Al Araby" telekanalı Suriya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bununla yanaşı, İran və İsrail vətəndaşlarının sərhəd-keçid məntəqələri, eləcə də limanlar vasitəsilə Suriyaya girişini qadağan olunub.
Bildirilir ki, bu ölkələrdən gələn məhsullar müsadirə ediləcək.
Qeyd edək ki, Suriyanın yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasından ölkənin bərpası üçün kömək istəyib. Eyni müraciət BRICS üzv ölkələrinə də edilib.
Xatırladaq ki, 2024-cü il noyabrın sonlarında müxalifətin birləşmiş qüvvələri Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar paytaxt Dəməşqə daxil olaraq Bəşər Əsəd rejimini deviriblər.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...