Lökbatanda fəhlə hündürlükdən yıxılaraq ÖLDÜ
19
noy
2024
14:18
Bakıda tikintidə faciəli hadisə baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakının Lökbatan qəsəbəsində qeydə alınıb.
Orada inşa edilən binaların birində fəhlə işləyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü Əlisahib Siruz oğlu Hüseynov yıxılaraq xəsarət alıb.
Aldığı xəsarətdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Ə.Hüseynov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Axundu öldürməyə cəhd edən şəxsin məhkəməsi: "Mən on ikinci imamam, Hacı ilə görüşmək istəyirəm"
Bakıda "Məşədi Dadaş" məscidinin axunduna qarşı süi-qəsdə cəhddə təqsirləndirilən Elşən Hüseynovun cinayət işinin növbəti prosesi keçirilib. BAKU.WS Oxu.Az-a is...