İki yaşlı uşağın masaj zamanı ölməsi ilə bağlı ittiham olunan sınıqçı barəsində QƏRAR
Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxsin barəsində istintaq orqanının təqdimatına baxılıb.
APA-nın məlumatına görə, Biləsuvar Rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər.
Qeyd edək ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Xəstə oğlana məcburi çobanlıq etdirən vəzifəli şəxslə bağlı məhkəmə qərarı açıqlandı
Şirvan Apellyasiya Məhkəməsində məcburi əməkdə təqsirləndirilən Nəsib Nəsibov və Sənubər Cəfərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkə...