Cəlilabad Mərkəzi Xəstəxanasında pasiyent həkimi döyüb?
"Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd edilib".
BAKU.WS Oxu.az-a istinadən xəbər verr ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"22 dekabr saat 19:30-da vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib.
Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib. Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Cəlilabadın Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu iddia edib.
Oxşar xəbərlər
Rəqqasə Fatimə Fətəliyeva dələduzluqla üzləşdi
Rəqqasə Fatimə Fətəliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rəqqasə son zamanlar sosial şəbəkələrdə özünün və...