Canlı yayımda övladını alçaldan tiktoker CƏZALANDIRILDI
Azərbaycanda bloqer saxlanılıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bloqer Rəna Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.
Buna səbəb onun canlı yayım zamanı özünün azyaşlı oğlunu alçaltması olub. Belə ki, o, "Nə edirəm oğulu? Mənə oğul lazımdır?" - deyə fikirlər səsləndirib. Bu da izləyicilər tərəfindən xoş qarşılanmayıb.
Rəna Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.
Oxşar xəbərlər
Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi
Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazin...