Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Yasamal rayonunun 1-ci Alatava qəsəbəsi, 128B ünvanındakı yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə münasibət bildirib.
Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bu ilin aprel ayından komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə aşkar edilib.
Özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin gördüyü operativ tədbirlər nəticəsində özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.
***11:44
Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.
BAKU.WS xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS -in sorğusuna cavab olaraq bildirdi ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.
Baş verənlərlə bağlı söküntünü həyata keçirən tikinti şirkətinə sorğu ünvanlasaq da, hələlik heç bir cavab ala bilmədik. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Sözügedən görüntüləri təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Taleh Yüzbəyovun xanımı ağır qəzaya düşdü
Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova qəzaya düşüb. Bu barədə o, "Instagram" hesabında paylaşım edib. Qeyd olunub ki, xoşbəxtlikdən heç kim xə...