Bakıda sərnişin avtobusu suyun içində qaldı - Sərnişinlər kəndirlə xilas edildi
22
okt
2024
09:51
Bakıda Suraxanı rayonu ərazisindəki tuneldə sərnişin avtobusu suyun içində batıb qalıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, nəqliyyat vasitəsi suyun içində qalarkən avtobusda sərnişinlər də olub.
Bildirilir ki, suyun içində avtobusda qalan sərnişinlər kəndirlə xilas edilib.
Aramsız yağan yağışlar zamanı Bahar qəsəbəsindəki tuneldə acınacaqlı vəziyyət yaranıb.
Oxşar xəbərlər
Bakıda "Sabunçu keçidi"ndə batan ikinci şəxsin də meyiti çıxarıldı - RƏSMİ
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə...