Babək prospektindəki yol ötürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Babək prospektindəki yol ötürücüsü ilə bağlı baş verən hadisəyə münasibət bildirib.
Qurum rəsmisi BAKU.WS-ə qeyd edib ki, yol ötürücüsünün üzlük daşlarından kiçik bir hissə qoparaq yol kənarına düşüb:
"Qısa zaman ərzində bu daşlar operativ şəkildə təmizlənərək ərazidən götürülüb".
AAYDA rəsmisi əlavə edib ki, yol ötürücüsündəki digər üzlük daşları yoxlanılıb və hər hansı qopma riskinin olmadığı təsdiqlənib.
***11:29
Bakıda Nizami rayonunda yerləşən Babək prospektindəki körpüdə təhlükəli vəziyyət yaranıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, körpüdə daşlar qoparaq yola düşüb.
Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradıb.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
71 yaşlı kişi dəm qazından boğulub
Abşeronda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü Məmmədov Rəşid Xeyrulla oğlunun yaşadığı...