Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monakoya təhvil verib
Monako Knyazlığının hüquq mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunan şəxs 2024-cü ilin iyun ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Monako Knyazlığının səlahiyyətli orqanlarına təhvil verilib.
Oxşar xəbərlər
Toyda mahnı sifarişinə görə dava salan şəxsə hökm oxundu
Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Niyam İslamovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. BAKU.WS Pravda.az-a istinadən xəbə...