Bakıda dəhşətli yol qəzasında xəsarət alanların son durumu açıqlanıb

Bakıda dəhşətli yol qəzasında xəsarət alanların son durumu açıqlanıb
Foto Video
Hadisə 3564

"Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"Sentyabrın 25-də Qaradağ rayonu ərazisindən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (kişi cinsli) şəxs Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Döş qəfəsinin, başın və bədənin müxtəlif nahiyələrinin travması diaqnozları ilə daxil olan yaralıların hər birinə ilkin zəruri tibbi yardım göstərilib. Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti ağır stabil qiymətləndirilir, - deyə məlumatda vurğulanır.

***13.47

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Lökbatan Dairəsinə çatmamış qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Qəza zamanı avtomobil yoldan çıxaraq yuvarlanıb və yolun kənarına düşüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Son xəbərlər