Bakıda aktyor və xanımı qətlə yetirildi
Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvad qətlə yetirilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə metronun "Memar Əcəmi" stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.
Saat 21 radələrində həmin binadakı mənzilllərin birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.
85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.
Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
***10:03
Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
Quba rayonunda 1989-cu il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Hicrana (adlar şərti göstərilib - red.) xəsarət yetirib....