SOCAR İstiqrazı sahiblərinin qazancı 13 milyon dolları ötüb
Nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 2024-cü il üzrə 1 milyon 125 min dollarlıq sonuncu kupon ödənişi 1 noyabr tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bu barədə BAKU.WS-ə "SOCAR Capital" şirkətindən məlumat verilib.
Bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 fevral tarixində baş tutacaq.
Yerli fond bazarında ən çox ticarət olunan korporativ qiymətli kağız statusuna sahib SOCAR İstiqrazları 12-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib və istiqraz sahiblərinin ümumi qazancı 13 milyon 500 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək.)
Hazırda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi 50 milyon ABŞ dollarına çatıb. Bağlanmış əqdlərin sayı isə 900-dür. 2016-cı ildən indiyədək investorlarına 40 milyon ABŞ dollarına yaxın gəlir qazandırıb.
SOCAR İstiqrazları 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda fəaliyyət göstərən rəsmi investisiya şirkətlərindən əldə edilə bilər.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socarcapital.az, socaristiqraz.az veb-saytlarına müraciət edə bilərsiniz.
Qeyd edək ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1-5 saylı "ASAN xidmət" mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...