Mikayıl Cabbarov Elizabeta Falçetti ilə görüşüb

Mikayıl Cabbarov Elizabeta Falçetti ilə görüşüb
Foto
İqtisadiyyat 61

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçetti ilə görüşüb.

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə AYİB-in (AYİB) Azərbaycanda dövlət - özəl tərəfdaşlığı layihələrində, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb.

Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə Bankla enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.

Tərəflər AYİB-in Azərbaycanda dövlət - özəl tərəfdaşlığı layihələrində, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı məsələləri, eləcə də COP29 çərçivəsində AYİB ekspertlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıblar.

***12:53

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçett ilə görüşüb.

BAKU.WS xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:

"Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçettiyə fəaliyyətində uğurlar arzulayırıq. Xanım Falçetti ilə keçirdiyimiz görüşdə Azərbaycan - AYİB əməkdaşlığının prioritetləri, potensial layihələr və COP29 çərçivəsində tərəfdaşlıq barədə danışdıq".

Son xəbərlər