COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub.
Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.
Oxşar xəbərlər
Maaş, pensiya, müavinət və təqaüdlərlə bağlı hamını SEVİNDİRƏCƏK XƏBƏR
"Maliyyə Nazirliyi 2025-ci ilin büdcə göstəricilərini elan edib. Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri ilə yanaşı, eyni zamanda bir sıra istiqamətl...