Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ

Çindən gətirilən avtomobillərin sərhəddən buraxılmama səbəbi məlum olub.
40-45 günə çatdırılmalı olan Çin avtomobilləri bir neçə müddətdir ki, sərhəddə ləngiyib. Hətta bu səbəbdən bəzi avtomobil gətirən şirkətlər müştərilərinə gecikməyə görə müvəqqəti avtomobillər də təklif ediblər.
Çindən Azərbaycana avtomobil gətirən şirkətin rəhbəri Kənan Heydərov "Xəzər Xəbər"ə bildirib ki, problemin səbəbini öyrənmək üçün nəqliyyat vasitələrinin ilişib qaldığı yerdə, Dağıstanda olublar. Məlum olub ki, avtomobillərin buraxılmamasına səbəb onların sənədlərindəki çatışmazlıqlardır.
Kənan Heydərov qeyd edib ki, bəzi daşıyıcı şirkətlər ucuz başa gəlməsi üçün avtomobilləri Çindən Qazaxıstana idarə edərək keçiriblər. Bu isə daşınma qaydalarına uyğun gəlmədiyindən sənədlər qaydasında olmayıb.
O vurğulayıb ki, avtomobillərin yenidən yola düşməsi üçün tətbiq olunan cərimə məbləği mütləq ödənilməli və sənədlər qaydasına salınmalıdır. Bunu etmək isə müştərinin, yəni avtomobil sifariş edən şəxsin yox, daşıyıcı şirkətin məsuliyyətidir.
Ətraflı süjetdə:

Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,2 % azalaraq 63,63 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...