ARDNF investisiya portfelində qızılın payını artırmasının səbəbini açıqlayıb
24
yan
2025
14:05
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq məqsədilə investisiya portfelində qızılın payını artırıb.
BAKU.WS xəbər verir ki, bunu "Report"a müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.
"Ötən il Fond öz portfelində sığorta rolunu oynayan qızılın çəkisini artırıb və bununla bağlı ilin ilk 9 ayında 25 tondan çox qızıl alınıb", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov və Rövşən Nəcəf Patrik Puyanne ilə görüşüb
Davos İqtisadi Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf "Total Energies " şirkətinin baş icraçı direktoru Patri...