"Wildberries"in baş ofisində ilk atəşi kim açıb? - AÇIQLAMA/VİDEO

Wildberriesin baş ofisində ilk atəşi kim açıb? - AÇIQLAMA/VİDEO
Video
Dünya 212

Rusiyanın paytaxtı Moskva şəhərində "Wildberries"in baş ofisində silahlı atışma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla üç nəfər yaralanıb.

"Wildberries və Russ" şirkətlərinin mətbuat xidmətindən "RIA Novosti"yə bildirilib ki, bu gün baş verən münaqişə zamanı ilk atəşi Vladislav Bakalçukun mühafizəçiləri açıblar.

"İlk atəşi Vladislav Bakalçuku müşayiət edən silahlı şəxslər açıblar. Polis əməkdaşları və biznes mərkəzinin mühafizəçiləri Vladislav Bakalçukun müşayiət edənlərin hərəkətlərindən zərər görüblər. Hadisə şirkətin işinə və biznes proseslərinə təsir etməyib",-deyə bildirilib

Son xəbərlər