UFC-nin rəhbəri Donald Trampın çoxlu "fast-food" və şirniyyat yediyini açıqlayıb

UFC-nin rəhbəri Donald Trampın çoxlu fast-food və şirniyyat yediyini açıqlayıb
Dünya 114

Tramp əsasən "fast food", şirniyyat yeyir və "Coca-Cola" içir.

BAKU.WS xəbər verir ki, bunu qarışıq döyüş növləri liqasının (UFC) rəhbəri Dana Uayt teleaparıcı Taker Karlsonla söhbətində deyib.

O, bildirib ki, Tramp zərərli qidaların yaxşı təsir etdiyi nadir insanlardan biridir.

Karlson Uaytdan, "Big Mac və Milky Vay şokoladları ilə qidalanan bir adam 48 saat ayaqda qalmağı və iti düşüncəsini necə qoruyur?" - deyə soruşub. Uayt isə əlavə edib ki, 78 yaşlı Tramp hamburgerlər və şirniyyatlarla yanaşı çox miqdarda "Coca-Cola" da içir.

UFC rəhbəri qeyd edib ki, Tramp bütün gecəni döyüşləri izləməklə keçirə bilir. Tez-tez Tramp bu cür "marafon"a altı saat ayırır. Belə bir "marafon" zamanı Uayt Trampdan su istəyib-istəmədiyini soruşanda, Tramp imtina edir və əvəzində Coca-Cola içir.

"Mən heç vaxt Trampın su içdiyini görməmişəm… Amma bu, ona yaxşı təsir edir. Enerji səviyyəsi, bilirsən… O, dayanmır," - deyə UFC rəhbəri vurğulayıb.

Daha əvvəl Tramp seçki kampaniyası çərçivəsində Ohayo ştatını ziyarət edib və yerli McDonald"s-a baş çəkib. Orada bir neçə porsiya kartof qızartması hazırlayıb və işçilərə paylayıb.

Oxşar xəbərlər

Son xəbərlər