Tanınmış transseksual model evində öldürülüb - FOTO
Gürcüstanın məşhur transseksual modeli, sosial şəbəkədə yarım milyondan çox izləyicisi olan 37 yaşlı Kessariya Abramidze öz evində qətlə yetirilib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Transseksual modeli öldürməkdə şübhəli sayılan onun dostu Kutaisi hava limanında saxlanılıb.
İstintaq hesab edir ki, qətlin motivi mübahisə olub, bundan sonra kişi Kessariyaya təxminən 50 bıçaq zərbəsi vurub.
Məlumdur ki, Kessariya əvvəllər Beso Abramidze idi və 2014-cü ildə cinsiyyət dəyişmə əməliyyatı keçirib. Dörd il sonra isə Kessariya İspaniyada keçirilən "Miss Trans Star International" gözəllik müsabiqəsində Gürcüstanı təmsil edib.
Qalereya
Oxşar xəbərlər
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib
İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Livandakı "Hizbullah" hərəkatının hədəflərini, təşkilatın terror imkanlarını və hərbi infrastrukturunu azaltmaq məqs...