Səlcuq Bayraktar Livandakı peycer partlayışından 2 gün öncə XƏBƏRDARLIQ EDİB
Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar Livanda baş verən sisilə hücumlardan 2 gün öncə mövcud təhlükə barədə xəbərdarlıq edib.
"TEKNOFEST" raket yarışmasında danışan Səlcuq Bayraktar bildirib ki, saatlar və telefonlara müdaxilə edilməsi mümkünsüz deyil.
"Saatların və telefonların içinə girirlər. Öz müstəqil qlobal yerləşdirmə sistemimizin olması suverenliyimiz üçün çox əhəmiyyətli və stratejidir. Biz bunu quracağıq",-deyə S.Bayraktar əlavə edib.
Qeyd edək ki, İsrailin Livanda peycerlərə, daha sonra radiolara kiber hücumları nəticəsində baş verən partlayışlarda ölənlərin sayı 32-yə çatıb, 4 min nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.
İsrailin həyata keçirdiyi kiberhücumlardan sonra Türkiyədə də oxşar hücum riskinin olub-olmaması sualına ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu münasibət bildirib: "Türkiyədə mesajlaşma cihazlarından demək olar ki, istifadə edilmir. Ölkədə peycerlərlə bağlı heç bir risk yoxdur".
İsrail'in Lübnan'a çağrı cihazları saldırısı sonrası Selçuk Bayraktar'ın iki gün önce yaptığı konuşma gündem oldu:
— neyi kaybettiğini hatırla (@neyikaybettik) September 17, 2024
"Saatlerin, telefonların içine kadar giriyorlar. Kendi sistemimizin olması egemenliğimiz açısında çok önemli. Bunu inşa edeceğiz" pic.twitter.com/2EW3LySXxm
Oxşar xəbərlər
Zaxarova: Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir. "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "...