Rusiyanın bir şəhərində miqrantlara qarşı genişmiqyaslı REYD - 500-dən çox saxlanılan var
16
sen
2024
15:29
Rusiyanın Krasnoyarsk şəhərində Rusiya Qvardiyasının, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Rusiya İstintaq Komitəsinin (İK) əməkdaşları şəhərin bazarlarında genişmiqyaslı reyd keçirərək 520 miqrantı saxlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "Regnum" agentliyi özünün teleqram kanalında məlumat yayıb.
Agentliyin məlumatına görə, reydlər şəhərin Mərkəzi və Sovet rayonlarında keçirilib. Saxlanılanların hamısı cinayətlərdə iştirakının olub-olmadığını aydınlaşdırmaq üçün yoxlanılıb. Bundan başqa, 92 nəfər hərbi komissarlığa çağırış vərəqəsi alıb.
Oxşar xəbərlər
Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
Somalidən olan 22 qaçqın iki qayıqla öz ölkələrindən Hind okeanındakı Komor adalarına getmək istəyərkən həlak olub. "Report" xəbər verir ki, bu barədə Madaqaska...