Rusiya gözəli seçilən gənc qız tibb təhsili alır

Rusiya gözəli seçilən gənc qız tibb təhsili alır
Foto
Dünya 188

"Miss Russia 2024" gözəllik müsabiqəsinin qalibi bəlli olub.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Çuvaşiya Respublikasından olan 18 yaşlı Valentina Alekseyeva 73-cü "Kainat gözəli" müsabiqəsində Rusiyanı təmsil edəcək.

Qalib gözəllik tacı və 1 milyon rubl mükafat alıb. Valentina Alekseyeva bu il noyabrın 16-da Meksikada təşkil olunacaq "Dünya gözəli" müsabiqəsində Rusiyanı təmsil edəcək.

Balet həvəskarı Valentina Alekseyeva ekoloji cəhətdən təmiz layihələrdə fəal iştirak edir.

Valentina Alekseeva tibb təhsili alır və həkim olmaq arzusundadır.

Son xəbərlər