Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.
Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb.
Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.
Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.
Oxşar xəbərlər
Rusiyada erməniəsilli iş adamının arvadını və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu
Rusiyanın paytaxtı Moskvada məhkəmə Aleksey Melniçuku 2015-ci ildə erməniəsilli iş adamı Xoren Kazaryanın həyat yoldaşını və azyaşlı qızını qətlə yetirməkdə təq...