Ukrayanda "Telegram"la bağlı qadağa tətbiq olundu

Ukrayanda Telegramla bağlı qadağa tətbiq olundu
Dünya 54

Ukrayna Ali Radası aparat rəsmilərinə "Telegram" messencerini həm rəsmi, həm də şəxsi cihazlarda iş məqsədləri üçün quraşdırmağı və istifadəni qadağan edib.

BAKU.WS xəbər verir ki, bu barədə deputat Yaroslav Yurçişin bildirib.

Onun sözlərinə görə, bu qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi əsasında verilib.

Ukraynalı deputat əlavə edib ki, qadağa messencerdən rəsmi məlumat mübadiləsi üçün istifadə edə bilən bütün əməkdaşlara, o cümlədən texniki və inzibati heyətə şamil edilir.

"Telegram"ın istifadəsinə qoyulan qadağa təhlükəsizlik və məxfi məlumatlara mümkün icazəsiz girişlə bağlı narahatlıqlarla bağlıdır.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, messencerdən artıq dəfələrlə Ukrayna rəsmiləri və hökumət işçilərinin məlumatlarının sızdırılması üçün istifadə edilib.

Yurçişin xatırladıb ki, əvvəllər "Telegram" vasitəsilə deputatların və hökumət işçilərinin şəxsi məlumatları şəbəkəyə daxil olub və bu, kibertəhlükəsizlik üçün ciddi nəticələrə gətirib çıxarıb.

Oxşar xəbərlər

Sankt-Peterburqda miqrantların sayı 24% azalıb

Sankt-Peterburqda miqrantların sayı 24% azalıb

Sankt-Peterburq prokurorunun birinci müavini Viktor Vinetski bildirib ki, 2025-ci ilin əvvəlindən bəri Sankt-Peterburqda miqrantların sayı 24% azalıb. BAKU.WS x...

29 Dünya 13:05 24 oktyabr 2025

Son xəbərlər