Narinin ölümü ilə bağlı daha bir DƏHŞƏTLİ FAKT - 200 min pul qarşılığında...
Diyarbəkirdə yoxa çıxandan 19 gün sonra cansız cəsədi tapılan və boğularaq öldürüldüyü məlum olan 8 yaşlı Narin Güranın Ədli Tibb ekspertizasının hesabatı tamamlanıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hesabatda Narinin kəsilmiş ayağının heyvan tərəfindən qoparılmış ola biləcəyi ilə bağlı məlumatlar yer alıb.
Narin Güranın qətli ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Nevzat Bəhtiyar jandarmaya verdiyi ifadəsində əmisi Səlim Güranın ondan 200 min pul qarşılığında kiçik uşağın cansız cəsədini suda buraxmasını istədiyini iddia edib. Bəxtiyar Sülh Məhkəməsində verdiyi ifadəsində dayısı Səlim Güranın onu "Arifin qızını öldürdüm, sən bu meyiti alıb məhv edəcəksən. Əks halda səni və ailəni öldürəcəm" deyərək hədələdiyini iddia edib. O, "Uşağın qəsdən öldürülməsində iştirak etmək" ittihamı ilə həbs edilib.
Narinin ölüm vaxtının yoxa çıxdığı avqustun 21-də baş verdiyi bildirilir.
Xəbərdə ayağın sol dizdən aşağı kəsilməsinə səbəb olan travmanın ölümdən sonra heyvanlar tərəfindən qoparıldığı da bildirilib.
Qeyd edək ki, Narin Güranın qardaşı Enes Güranın qolundakı diş izlərini araşdıran Ədli Tibb 2-ci İxtisas heyətinin rəyinin bu gün açıqlanması gözlənilir.
Oxşar xəbərlər
KİV: İsrailin Beyruta hücumunun hədəfi Hizbullah üzvlərindən biri ola bilər
İsrailin Livanın paytaxtına hava hücumunda məqsəd Hizbullah təşkilatının liderlərindən birini öldürmək ola bilər. BAKU.WS xəbər verir ki, bu barədə "Al Jadeed"...