İsrail İranın müdafiə potensialını sıradan çıxarıb - SAXAL-dan AÇIQLAMA
Oktyabrın 26-da gecə İrana endirilən zərbələr nəticəsində ölkənin uzaq mənzilli zenit raketləri vurulub və İslam Respublikası strateji müdafiə imkanlarını itirib.
BAKU.WS xəbər verir ki, bu açıqlama ilə İsrail Müdafiə Qüvvələri (SAXAL) çıxış edib.
Məlumata görə, İranın itirilmiş potensialının bərpası bir neçə il çəkə bilər.
"Galey Tzahal" radiosunun məlumatına görə, İsrailin hücumu nəticəsində İranın bütün uzaq mənzilli zenit raket batareyaları, o cümlədən Rusiya istehsalı olan "S-300" və yerli istehsal olan təkmilləşdirilmiş digər model sıradan çıxarılıb. Həmçinin uzaq aşkarlama radarları da zərbə altına düşüb.
Milli təhlükəsizlik sistemindəki mənbələr qeyd ediblər ki, İranın yalnız yerli istehsal olan təsir batareyaları qalıb. Hava hücumundan müdafiə batareyaları əsasən Tehran və Qərbi İranda hədəfə çevrilib.
Qeyd edək ki, İranın ixtiyarında 2000-dən çox uzaq mənzilli ballistik raketi var. Bununla belə, SAXAL-ın hücumu yalnız yeni raketlərin istehsal imkanlarına yönəlib. Mövcud raket arsenalı və pilotsuz uçuş aparatları sənayesi zərər görməyib.
İsraildə hesab edirlər ki, Tehran İsrail qoşunlarının hücumu zamanı dərhal 200-ə yaxın ballistik raket buraxaraq cavab zərbəsi endirə bilərdi. Lakin İslam Respublikası cavab zərbəsi endirmək imknanı özündə saxladı.
Bu o, deməkdir ki, İran cavab hazırlığına düşünülmüş yanaşır, əvvəlcədən addımları və nəticələri qiymətləndirməyə üstünlük verir. Bu baxımdan İsraildə cavab zərbəsinə hazırlıq gedir. İndi gözlənilir ki, müdafiə və ələ keçirmələrdə ABŞ daha böyük rol oynayacaq. İsraildə onların THAAD əks-raket kompleksləri batareyaları və AEGIS kompleksli üç gəmisi yerləşdirilib.
İranın Ali lideri Ayətullah Əli Xamenei xalqın İsrailə hansı güc və bacarıqlara malik olduğunu başa salacağına söz verib. O, həmçinin ölkədə ballistik raketlərin hazırlanması üçün kritik obyekti sıradan çıxara biləcək İsrailin hərbi obyektlərə zərbəsini şərh edib. Konkret qərarlar İran rəsmiləri tərəfindən hazırlanacaq.
İran Prezidenti Məsud Pezeşkian da qeyd edib ki, ölkəsi İsraillə müharibəyə can atmır, lakin torpağını qorumağa və təcavüzə cavab verməyə hazırdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İsrail Qərb ölkələrinin dəstəyi ilə regional münaqişəni qızışdırmağa çalışır. O, Yaxın Şərq ölkələrini bu oyuna qoşulmamağa çağırıb.
Oxşar xəbərlər
Almaniyada qatarlar toqquşdu
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yük qatarının relsdən çıxaraq aşması ciddi qəza ilə nəticələnib. BAKU.WS xəbər verir ki, hadisə zamanı 4 nəfər xə...