İranda kömür mədənində dəhşətli partlayış: 52 nəfər həyatını itirdi - VİDEO

İranda kömür mədənində dəhşətli partlayış: 52 nəfər həyatını itirdi - VİDEO
Video
Dünya 70

İranın Cənubi Xorasan ostanındakı Tabas kömür mədənində qaz partlayışında ölənlərin sayı 52 nəfərə çatıb.

Bu barədə İRNA məlumat yayıb.

***11:49

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.

Bu barədə İRNA məlumat yayıb.

Cənubi Xorasan vilayətinin qubernatoru Məhəmməd Əli Axundi bildiirb ki, partlayış zamanı 30 nəfər həyatını itirib.

Qeyd edək ki, mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub.

Son xəbərlər