Beyrutda partlayış olub, İran səfiri və "Hizbullah"ın minlərlə döyüşçüsü yaralanıb
Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində baş verən partlayışda "Hizbullah"ın minə yaxın döyüşçüsü yaralanıb.
BAKU.WS "Reporta istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Livanda partlayan rabitə cihazları "Hizbullah"ın son aylarda əldə etdiyi modellərdəndir.
Qeyd edək ki, qurğular Livanın cənubunda partlayıb. Məlumata görə, partlayış yarım saat davam edib.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.
"Hizbullah" mənbələri bunu İsraillə təxminən bir ildir davam edən müharibədə ən ciddi təhlükəsizlik problemi kimi qiymətləndirib.
Beyrutdakı partlayışda İran səfiri Müctəba Əmani də yaralanıb.
Oxşar xəbərlər
Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
Somalidən olan 22 qaçqın iki qayıqla öz ölkələrindən Hind okeanındakı Komor adalarına getmək istəyərkən həlak olub. "Report" xəbər verir ki, bu barədə Madaqaska...