Arıqlamağa kömək edən çörək kəşf edildi

Arıqlamağa kömək edən çörək kəşf edildi
Dünya 309

Çovdar çörəyi arıqlamaq və xolesterini azaltmaq istəyən insanlar üçün ideal seçimdir.

BAKU.WS xəbər verir ki, bu barədə aparılan araşdırmanın nəticəsi "Express" nəşrində dərc olunub.

Məqalədə qeyd olunur ki, çovdar çörəyi sağlamlıq üçün faydalıdır, çünki tərkibində yağ azdır. Bundan əlavə, bu çörəyin tərkibində olan lif həzm prosesini yaxşılaşdırır və toxluq hissini daha uzun müddət qoruyur.

Həmçinin çovdar çörəyinin istifadəsi "pis" xolesterin səviyyəsini azalda bilir, bu isə ürək-damar xəstəliklərinin profilaktikası üçün vacibdir.

"Çovdar çörəyi fosfor baxımından zəngindir, bu da sümükləri və dişləri möhkəmləndirir. Bundan əlavə, onun tərkibində dəmir, kalsium, selen, natrium və faydalı yağ turşuları var. O, immun sistemini gücləndirir və maddələr mübadiləsini yaxşılaşdırır," - deyə araşdırmada bildirilir.

Qeyd olunur ki, çovdar çörəyi gündəlik olaraq, lakin bəlli miqdarda qəbul edilməlidir.

Bundan əvvəl, britaniyalı dietoloq Tim Spector hər gün tünd şokolad yeməyi məsləhət görmüşdü. O bildirmişdi ki, tərkibində ən azı 70 faiz kakao olan 20 qramlıq tünd şokoladda, tam taxıllı çörəyin bir dilimindəki qədər lif var. Bu isə diabet və bağırsaq xərçəngindən qorunmağa kömək edir.

Son xəbərlər