Dövlət Suverenliyi Gününün hava proqnozu

Dövlət Suverenliyi Gününün hava proqnozu
Digər 77

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.

Oxşar xəbərlər

Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı

Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı

Təbii su obyektlərinin, xüsusən də dənizin yaxınlığında olmaq bədənimiz üçün həqiqətən faydalıdır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu təsir "m...

22 Digər 17:18 22 noyabr 2024

Son xəbərlər