Alimlər ən qədim əlifbanı kəşf ediblər
Alimlər qədim məzarlardan çıxardıqları gil silindrlərin üzərində həkk olunmuş yazıların insanlıq tarixində məlum olan ən qədim əlifbaya aid olduğunu müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Science Daily jurnalı məlumat dərc edib. Alimlər Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el-Marra ərazisində yerləşən qədim məzarlarda arxeoloji qazıntı işləri aparıblar.
Erkən Tunc Dövrünə aid olan bu məzarları tədqiq edən araşdırmaçılar qızıl və gümüş zinyət əşyaları, 6 skelet, bişirmə qabları, saxsı əşyalar və nizə ucları ilə yanaşı, üzərində həkk olunmuş yazılar olan 4 barmaq boyunda gil silindr aşkar ediblər.
Johns Hopkins Universitetində arxeologiya professoru və qazıntı işlərini aparan tədqiqat qrupunun üzvü Qlenn Şvarts radiokarbonla tarixin təyin edilməsi üsulu ilə təsdiqlənən yazıların eramızdan əvvəl 2400-cü illərə aid olduğunu bildirib.
Şvarts bu yazıların məlum olan digər əlifba sistemlərindən təxminən 500 il daha qədim olduğunu ortaya qoyduqlarını vurğulayıb. Bu kəşfin əlifbanın eramızdan əvvəl 1900-cü ildən sonra Misirdə və ya ətrafında yaradıldığına dair mövcud inanışları dəyişdirəcəyini qeyd edib.
Məzardan tapılan əşyaların mənşəyi və kimə aid olduğuna dair məlumat verə biləcək yazılar olduğunu qeyd edən Şvarts "Lakin yazını tərcümə edəcək bir vasitəmiz olmadığı üçün hazırda yalnız fərziyyələr irəli sürə bilərik," deyə əlavə edib.
Oxşar xəbərlər
Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı
Təbii su obyektlərinin, xüsusən də dənizin yaxınlığında olmaq bədənimiz üçün həqiqətən faydalıdır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu təsir "m...