Bu məhsullardan imtina etsəniz ömrünüz uzanacaq

Bu məhsullardan imtina etsəniz ömrünüz uzanacaq
Digər 643

Kolbasanın müntəzəm istehlakı ömrü qısaldır.

BAKU.WS NEWS.ru-ya istinadən xəbər verir ki, bunu dietoloq Mixail Ginzburg deyib.

Mütəxəssis xəbərdarlıq edib ki, hər növbəti porsiya, hətta 100 qram kolbasa və ya vetçina da ömrün uzunluğuna təsir edə bilər.

"Bütün bu məhsullar, kolbasa, vetçina və bu kimi qidalar səhər yeməyi və nahar üçün ət sənayesinin yüksək emal olunmuş məhsullarıdır. Bu məhsullarla qidalanan şəxs hər sonrakı porsiya ilə ömrünü bir az da qısaldır", - deyə bildirib.

Onun sözlərinə görə, bu cür məhsullardan vaxtında imtina etsəniz, orqanizmin resurslarını bərpa edə bilərsiniz. Mütəxəssis qeyd edib ki, kolbasa bağırsaq mikroflorasına pis təsir edir və ateroskleroz və ya ürək-damar xəstəliyi kimi yaşa bağlı xəstəliklərin yaranmasına səbəb olur.

"Bütün bu məhsulların tərkibində adətən artıq duz və çoxlu əlavələr var ki, onların bizə necə təsir edəcəyini tam bilmirik", - Ginzburg yekunlaşdırıb.

Oxşar xəbərlər

Evdə qarışqalardan necə qurtulmaq olar?

Evdə qarışqalardan necə qurtulmaq olar?

Qarışqalar, evdə yayılmış zərərvericilərdən biridir və onların evə daxil olma səbəbləri əsasən qida qalıqları və su mənbəyidir. Milli.Az xəbər verir ki, onlarda...

166 Digər 23:59 22 noyabr 2024

Son xəbərlər