SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Dəfələrlə qayda pozanla, bir dəfə ya da nadir hallarda qayda pozan sürücü eyni cür cərimələnməməlidir".

BAKU.WS-in məlumatına görə, bu fikirlə millət vəkili Tahir Kərimli çıxış edib. Deputat "Xəzər Xəbər"ə müsahibəsində bəzi cərimələrin ləğv edilməsini də təklif edib: "Mütəmadi qaydapozan sürücülərlə nadir halda qayda pozanın cəriməsi eyni olmamalıdır".

Bu fikirlə çıxış edən millət vəkili Tahir Kərimli yol hərəkəti qaydaları əleyhinə olan bəzi cərimələrin artırılmasını və mövcud olan bir neçə cərimə növünün də dəyişdirilməsini təklif edir.

Onun sözlərinə görə, hər hansı bir cinayət törətmiş şəxsin ailə vəziyyəti, vəzifəsi və digər amilləri yoxlanılıb ona cəza verilirsə, İnzibati Xətalar Məcəlləsi də bu qayda nəzərə alınaraq tətbiq edilməlidir. Yəni hanısa sürücüyə qayda pozduğuna görə cərimə yazmazdan əvvəl polis yol patrul avtomobilindəki ''bort-komputer'' vasitəsi ilə sürücünün keçmişini yoxlamalıdır.

Millət vəkili parklanma kimi yol hərəkəti qaydalarını ilk dəfə pozanların cəriməsinin ləğv edilməsini, əvəzində inzibati tənbeh növünü tətbiq edilməsini də təklif edib.

Bu qanun bir çox avropa ölkələrində, habelə qonşu Gürcüstanda var. İlk dəfə qayda pozan sürücüyə  mütləq qaydada güzəşt edilir.
 
BAKU.WS