Avtomobillərin qeydiyyat qaydaları dəyişdi

10
iyn
2019
21:14
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, Qanunun 27-ci maddəsinin (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı) VI-I hissəsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.Dəyişiklik dövlət qurumlarının balansında olan nəqlliyyat vasitələrinə də şamil edilir.
Oxşar xəbərlər
DYP-dən cərimələrlə bağlı sürücülərə xəbərdarlıq
Dövlət Yol Polisi yol hərəkəti qaydalarını pozan və barəsində elektron qərar tərtib edilən sürücülərə xəbərdarlıq edib.BAKU.WS-in məlumatına görə, bu barədə Baş...
