VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Bakıda quraşdırılmış kameralar vasitəsilə hərəkətə tam nəzarət edilir. Yollarda yol polisinin olub-olmamasından asılı olmayaraq, yol hərəkəti qaydalarını pozanlar avtomatik olaraq qeydə alınır. Onlar barədə tədbirlərin görülməsi üçün elektron protokollar tərtib olunur”.


Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yol patrul inspektorlarına verilən yeni, BMW markalı avtomobillərdə olan ən yeni texnika ila, "I patrol” sistemi vasitəsilə avtomatik olaraq hərəkətdə olan və ya hərəkətsiz olan, yol hərəkət qaydalarını pozan, bir sözlə inzibati xəta törədən hər bir hərəkət iştirakçısını qeydə alır.

"Bu sistem dünyada ilk dəfə olaraq Azərbaycanda istifadə edilir. Alınan məlumat mərkəzə ötürülür. Mərkəz vasitəsilə tədbirlərin görülməsi üçün tərtib edilən elektron inzibati protokollar aidiyyatı üzrə vətəndaşlara göndərilir”.

Ziya Səccad
BAKU.WS