SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata əsasən, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişiklik edilib. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.
 
ƏLİ
BAKU.WS