SİZİN REKLAM BURADA!
055 213 76 73


 
63 saylı marşrut xəttinin fəaliyyəti dayandırılıb.

Bu barədə BAKU.WS-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Məlumata görə, NİİM aprelin 1-də 63 saylı marşrut xəttinin ləğv edilməsi barədə qərar qəbul edib. Lakin NİİM sərnişinlərin adaptasiyası nəzərə alınaraq aprelin 13-dək fəaliyyət göstərib.

Xəttin bağlanmasının səbəbi isə avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, çoxsaylı qayda pozuntuları olub.

Qeyd edək ki, bu il fevralın 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun 2 piyadanı vurması nəticəsində 1 piyada həlak olub.

BAKU.WS