SİZİN REKLAM BURADA!
055 213 76 73



Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.
 
BAKU.WS-in APA-ya istinadən məlumatına görə, dəyişikliyə əsasən qısa idxal bəyannaməsinin verildiyi halların sayı artırılıb. Bundan sonra malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə qısa idxal bəyannaməsi veriləcək.
 
BAKU.WS