VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

 
Bakıda satışda olan avtomobil benzinindən kəskin qoxu gəlir. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə çox sayda sürücü yazır. Hətta ustalar da bu problemdən əziyyət çəkdiyini deyir. 
 
Sahil adlı usta avtomobilin detalını təmir edərkən kəskin qoxudan işləyə bilmədiyini bildirib. Çarəsiz vəziyyətdə qalan usta maska taxaraq işləməyə məcbur qalıb. 
 
Bu problemlə son bir neçə gündür ki, çox sayda sürücü üzləşib. Benzindən kəskin qoxunun gəlməsinin səbəbləri hələlik məlum deyil. 
 
Şahin Həbibov
BAKU.WS