SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra "20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi yenidənqurma işlərindən sonra açılır.
 
BAKU.WS xəbər verir ki, bu barədə Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli məlumat yayıb. Onun sözlərinə görə, yaxın saatlarda yol sürücülərin ixtiyarına veriləcək. 

"Hazırda ərazidə son tamamlama işləri və yolun üfiqi nişanlama xətlərinin çəkilişi aparılır", - Nəcəfli əlavə edib.
 
ƏLİ 
BAKU.WS