VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Qafqaz Universitetinin tələbələri paytaxtın 6 nöqtəsində yeraltı və yerüstü piyada keçidindən istifadə etməyən piyadalarla bağlı reydlər keçiriblər.
 
Avtosfer.az-ın məlumatına görə, təxminən 3 ay davam edən reydlər zamanı videoçəkiliş aparılıb. Yekunda isə tələbələr maraqlı sosial çarx hazırlayıblar. Bundan əlavə, tələbələr reyd zamanı qeydə aldıqları maraqlı görüntülərdən ibarət videomaterialı da təqdim ediblər. Videoda piyadaların hətta yol polisinin gözü qarşısında özünü yola atıb maşınların arasından keçməyə çalışması, yol polisi əməkdaşları ilə mübahisə etməsi və digər maraqlı məqamlar da əksini tapıb.
 
Həmin görüntüləri təqdim edirik:

BAKU.WS