SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bu gün səhər saatlarından Bakının Sabunçu rayonunda hüquq-mühafizə orqanları Nardaran istiqamətinə gedən əraziləri bağlayıb.


Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, Nardaran qəsəbəsinə giriş-çıxışda post-patrul xidmətinin əməkdaşları növbə çəkir. Kəndə giriş-çıxışa məhdudiyyət qoyulub. Yollarda çoxlu sayda polis əməkdaşları və zirehli texnikaların olduğu bildirilir.

Eyni zamanda bildirilir ki, əraziyə Daxili Qoşunların əsgərləri də cəlb olunub. Yollar avtomatlı polislərin ciddi nəzarəti altındadır. Qəsəbədə həmçinin çoxsaylı təcili yardım maşınları növbə çəkir.

Digər məlumata görə, Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Nardaran qəsəbəsinin sahilboyu zonasında patrul xidməti aparır.
Nardaranda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin meyitləri qəsəbəyə gətirilib.

Nardaran qeydiyyatında olan üç nəfərin meyiti hazırda qəsəbədədir. Onların yaxın saatlarda dəfn ediləcəyi bildirilir.

BAKU.WS haqqın.az-a istinadla Nardaranda çəkilən fotoları təqdim edir:

Ziya Səccad

BAKU.WS