SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış teleaparıcı Ceyhun Əliyə vəzifə verildi.

Aparıcı BAKU.WS-ə açıqlamasında, hazırda xəbər aparıcısı olduğu ATV kanalından ayrılmadığıını bildirib:

"Dünəndən etibarən şəxsimə göstərdiyiniz diqqət, sevgi və çoxsaylı təbrikləriniz üçün hər birinizə təşəkkür edirəm. Fəaliyyətimə verdiyiniz qiymət məni çox məmnun edir və üzərimə əlavə məsuliyyət qoyur. Televiziyada 14 illik fəaliyyətim müddətində qazandığım ən böyük nailiyyət Sizin diqqət və sevginiz olub. Təyinatımla bağlı qərar peşəkar keyfiyyətlərimi inkişaf etdirmək zərurətindən yaranıb.

AzerTelecom şirkətinin rəhbərliyi ilə aparılan danışıqlardan sonra yaradıcı şəxs olaraq potensialımı İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya sahəsində inkişaf etdirməyə qərara verdim. AzerTelecom şirkətinin hədəfə aldığı irimiqyaslı layihlərin həyata keçirilməsində yeni komanda ilə çalışmaq sevincini də sizinlə paylaşmaqdan məmnunam.

Qeyd edim ki, aparıcı və telejurnalist olaraq fəaliyyətim dövründə Azad Azərbaycan MTRK-nın həyatımda çox böyük rolu olub. Məhz bu səbəbdən ATV kanalı ilə əməkdaşlığı hər iki tərəfin razılığı əsasında bundan sonra da davam etdirəcəyəm. Hər birinizə hörmət və ehtiramımı ifadə edirəm!"

Zülfiyyə Qurbanova
BAKU.WS