SİZİN REKLAM BURADA!
055 213 76 73



Qeyd etmək istəyirik ki, adımızın hallandığı hadisəni mətbuatdan öyrəndik, və dərc olunan xəbərləri TT Fight Club rəhbərliyi olaraq qəti şəkildə təkzib edirik.
 
TT Fight Club idmançıları arasında hər hansı cinayətlə bağlı saxlanılan yoxdur, hətta bildirək ki, idmançılarımız hal-hazırda Türkiyədə beynəlxalq turnirdə iştirak edirlər.
 
Mövcud hadisə ilə əlaqəmiz olmadığından, bir məlumat da verə bilmərik. TT Fight Club idman və sağlamlıq cəmiyyətidir, adımızın bu cür məsələlərdə hallanması, yolverilməzdir.
 
Azərbaycan Respublikası hüquqi dövlətdir, əminik ki, mətbuatda yayılan hadisə ilə bağlı bütün günahkarlar saxlanılaraq qanun qarşısında cavab verəcəkdir.

TT FIGHT CLUB